telc İmtahanları Haqqında Müsahibə
telc İmtahanları Haqqında Müsahibə
DAS Akademiyası (DAS Akademie) Kurs müdiri və Türkiyədəki tək telc Təlimçi, Hörmətli Tuba Başer ilə olan müsahibəmizi sizə təqdim etmək və imtahanlarla bağlı dəyərli təcrübələrini DAS Zeitung oxucuları ilə bölüşmək istəyirik.
Salam, Tuba xanım. Bizə bir az özünüz haqqında danışa bilərsiniz?
Mən Almaniyada anadan olmuşam, 16 il orada yaşadıqdan sonra Türkiyəyə köçmüşəm və Dokuz Eylül Universitetində alman dili müəllimliyi fakultəsində təhsil almışam. Universitetin sonuncu ilində DAS Akademiyasında bir illik təcrübədən sonra 2003-cü ildə həmin qurumda alman dili müəllimi kimi işə başladım. 2005-ci ildə alman dili fakultəsinin dekanı, 2009-cu ildə isə rektoru oldum. 2015-ci ilin əvvəlindən etibarən kurs müdiri kimi fəaliyyətimi davam etdirirəm.
Eyni zamanda beynəlxalq telc sertifikat imtahanları üzrə məsul şəxs və Türkiyədə yeganə təlimçi mənəm.
telc nədir? Bizə qısa məlumat verə bilərsiniz?
telc Alman Xalq Təhsil Mərkəzləri Birliyinin bir təşkilatıdır. Açılışı “Avrupa Dil Sertifikatı” deməkdir. Beynəlxalq standartlara uyğun, ədalətli, şəffaf və etibarlı dil imtahanları təqdim edir. Hal-hazırda telc-də 10 dildə 80-dən çox müxtəlif dil imtahanı mövcuddur. telc gGmbH təkcə uğurlu təhsil işləri ilə əlaqədar deyil, həm də etibarlı bir təşkilat kimi böyük güvən qazanmışdır. Biz də DAS İzmir Akademiyası olaraq telc ailəsinin üzvü və Türkiyədəki rəsmi nümayəndəsi kimi 2009-cu ildən bəri CEFR-in A1-A2-B1-B2-C1-C2 səviyyələri üzrə tələbələrə, orta yaşlılara və işçilərə uyğun üç ayrı qrup şəklində imtahanlar təşkil edirik.
telc imtahan sistemi haqqında izləyicilərimizə məlumat verə bilərsiniz?
CEFR standartlarına uyğun imtahanların ən vacib xüsusiyyəti ünsiyyət mərkəzli olmasıdır. Çünki CEFR-in məqsədi xarici dildən gündəlik həyatda aktiv istifadə edə bilməkdir.
Bu səbəbdən imtahanlar yazılı və şifahi olmaqla iki hissədən ibarətdir. Yazılı imtahan dinləmə, oxuma və yazma bacarıqlarını əhatə edir. Yazılı imtahandan dərhal sonra səviyyədən asılı olaraq, hazırlıq olub olmamasından asılı olmayaraq şifahi imtahan keçirilir. Hər iki hissəni bir gün ərzində tətbiq edirik.
telc B2 və C1 imtahanları ÖSYM tərəfindən YDS imtahanlarına bərabər qəbul edilir. Buna görə telc B2 imtahanından keçən tələbə YDS imtahanından 60 bal, C1 imtahanında iştirak edib uğurlu nəticə əldə edən tələbə isə 80 bal toplamış olur.

telc imtahan rəhbəri kim ola bilər, tələblər nədir?
“telc Training” markası altında telc gGmbH, xüsusilə, xarici dil təlimçiləri üçün hər tərəfli bir təhsil proqramı təqdim edir.
Proqrama mütəxəssis təlimçi tərəfindən 2 günlük təlim daxil edilir və həmin proqram müddətində aktual maddələr haqqında iştirakçılar arasında qarşılıqlı mübadilə mühiti yaradılır. Video və digər əyani materiallardan istifadə etməklə zənginləşdirilən bu təhsil proqramının sonunda buraxılış imtahanı keçirilir. Uğurla keçən iştirakçılar üç il müddətində etibarlı bir sertifikat almaq və beynəlxalq səviyyəli imtahanları iştirakçılara tətbiq etmək hüququna malik olurlar.
Niyə tələbələr telc imtahanını seçməlidir?
Xarici bir dildə danışmaq Avropa Birliyində olduğu kimi qloballaşan dünyada da əsas üstünlüklərdən biridir. telc dil sertifikatları ilə şagirdlərimiz dil bacarıqlarını Ortaq Avropa Dillər Çərçəvəsinin (OADÇ) bütün səviyyələrində sənədləşdirə bilərlər. Seçmək səbəblərini aşağıdakı kimi sadalaya bilərəm:
- (Türk tələbələr üçün) İmtahanlar YÖK / ÖSYM tərəfindən tanınır və YDS imtahanına bərabər sayılır,
- Hər yaşa uyğun imtahan mövcuddur,
- telc dil sertifikatları universitet təhsili və peşə sahəsi üçün dinləmə, oxuma, danışma və yazma sahələrində bacarıqlarınızı sənədləşdirir,
- İmtahanlar Ümumi Avropa Dil Kriteriyaları əsasında hazırlanır və həm Avropada, həm də Almaniyada tanınmış universitetlər tərəfindən rəsmi olaraq qəbul edilir,
- Dünya səviyyəsində 3000-dən çox imtahan mərkəzi mövcuddur,
- Real həyatdan götürülmüş hazırkı imtahan mövzularını əhatə edir,
- İmtahan tarixlərinin dəyişilməsi mümkündür,
- Qeydiyyat və imtahan arasında müddətin qısa olması,
- İmtahanların sürətli və etibarlı şəkildə qiymətləndirilməsi,
- İnternetdən yükləyə biləcəyiniz pulsuz sınaq imtahanları,
- Uyğun qiymətlər,
- İşə müraciət sənədlərinin dəyərini və müvəffəqiyyət şanslarını əhəmiyyətli dərəcədə artırır.
Ətraf ölkələrdən böyük bir tələb alırsınız? Bu mövzu haqqında çatdırmaq istədikləriniz var?
Azərbaycan, İran, Livan, Rusiya, Türkmənistan, Suriya və Əfqanıstan kimi bir çox ölkələrdən iştirakçılar telc imtahanı üçün DAS Akademiyasına müraciət edirlər. Ətraf ölkələrin artan marağı qarşısında biz də günbəgün daha geniş kütlələrə müraciət etməkdən çox razıyıq. telc gGmbH kimi köklü və uğurlu bir qurumu ancaq Türkiyədə deyil, bir çox ölkələrdə də müvəffəqiyyətlə təmsil etməkdən olduqca qürur duyuruq.
Sizcə xaricdən gələn iştirakçılar niyə DAS Akademiyasına üstünlük verirlər?
DAS Akademiyasında 22 ildən çoxdur ki, mütəxəssis heyətimizlə tələbələrimizə alman dilini sevərək tədris edirik. Üstəlik telc imtahanı üçün də ayrıca proqram və metodlara sahibik. Həm tələbələrimizin imtahan işləri ilə uğur qazanmasına köməklik edirik, həmçinin tələbələri telc imtahanlarına yönləndiririk. Qonşu ölkələrdən gələn tələbələrin DAS Akademiyasına üstünlük verməsinin başqa bir səbəbi də telc imtahanlarının pandemiya dövrü də daxil olmaqla il boyu mütəmadi və fasiləsiz davam etməsidir. Əlavə olaraq, imtahanlar hər yaş qrupu üçün ayrıca və sərfəli qiymətlərlə aparılır.

telc imtahanları üçün hazırlıq kurslarınız mövcuddur?
Bəli, DAS Akademiyasında bütün səviyyələr üçün imtahan hazırlıq kursları təklif edirik. Əlavə olaraq pulsuz “telc Modeltest” tətbiq edərək imtahan verəcək şagirdlərimizin çatışmazlıqlarını müəyyənləşdiririk və onlara uyğun özəl dərslər planlaşdırırıq. Model testlər bizim üçün həm çatışmazlıqları görmək, həm də imtahandan əvvəl imtahan təcrübəsi qazanmaq baxımından vacibdir. Bu şəkildə tələbələrimizin müvəffəqiyyətlərini artırırıq və zəhmətlərinin boşa getməməsini təmin edirik. Hər şeydən əvvəl, tələbələrə dəyər verən bir qurum olaraq bizim prioritetimiz tələbələrimizin uğur qazanmasıdır!
telc Medizin FSP imtahanını təşkil edirsinizmi?
Bəli. İl ərzində davamlı olaraq imtahan mərkəzimizdə telc Medizin FSP imtahanını da təşkil edirik. FSP imtahanı yalnız dünyanın böyük imtahan mərkəzlərində keçirilir. Tibbi Alman dili sertifikatlaşdırmaq və Almaniyada həkim olaraq işləmək istəyən Türkiyədən və qonşu ölkələrdən həkimlər də DAS Akademiyasında təşkil edilən bu imtahana böyük maraq göstərirlər. Bu imtahan üçün Almaniyadan xüsusi bir həkim gəlir və iştirakçıların tibbi alman dilinin qaneedici olub olmadığını müəyyən edir. Həkimlərə Almaniyanın qapılarını açan bir imtahan deyə bilərik!
Bu imtahan üçün ayrıca hazırlıq kurslarınız və ya özəl dərsləriniz var?
FSP imtahanı digər telc imtahanlarına nisbətən çox fərqli bir səviyyədədir. Buna görə sahəsi üzrə mütəxəssis müəllimlərimizlə imtahan verəcək həkimlərimiz üçün xüsusi dərslər sayca çoxluq təşkil edən kurslar hazırlayırıq. Həkimlərimizin tibbdə alman dili səviyyəsini yoxlayaraq çatışmazlıqları ortadan qaldırmağı və imtahan öncəsi bütün əskiklikləri tamamlamağə təmin edirik.
Cavablarınız üçün çox təşəkkür edirik. İnanırıq ki, müsahibəmiz oxucularımız üçün faydalı olacadır.
telc imtahanları və hazırlıq kursları haqqında məlumat almaq istəyən oxucularımız DAS Akademiyası ilə əlaqə saxlamaq üçün buraya basa bilərlər.
Bu yazını bəyəndinizsə, bunları da bəyənə bilərsiniz: telc imtahanı ətraf ölkələrdə böyük maraqla qarşılanır!
Geri bildirim: TELC İmtahanı Qonşu Ölkələrdən Böyük Maraq Görür! - DAS ZEITUNG